• Marka haqqında
  • Məhsullar
  • Reklamlar
  • Yağ dünyası
  • Faydalı məlumatlar
  • Müştəri xidmətləri
az | en | ru | tr



Markanın tarixi

Gülüm yağları 2007-ci ilin sonunda Marketingin təşəbbüsü ilə aparılan bazar araşdırmaları nəticəsində istehlakçı tələbatına uyğun olaraq reallaşdırılmış məhsuldur. Markaya ilk dəfə olaraq istehlakçı tələbatına uyğun şəkildə dünya mətbəxinin ən ləzzətli təamlarından ibarət resept tətbiq olundu. Markanın qablaşdırılması da günəbaxan və qarğıdalı olaraq hər iki kateqoriya üçün fərqli qablarda aparıldı. "Gülüm" Azərbaycan duru yağ bazarında Azersun Holding tərəfindən bazara təqdim edilən ilk milli markadır. İstehlakçı kütləsi şəhər yaşayış tipli, ortanın üstü, üst, 25-40 yaş arası, yemək bişirməkdən zövq alan ,süfrəyə ən dadlısını təqdim etməyə çalışan, yeməklərə ustalıqla yanaşan, yeniliklərə açıq olan ailələrin anaları, xanımlarından ibarət bir qrupdur.

İstehsal

Bakı Yağ Fabrikinin geniş istehsal dairəsi vardır. Dünya bazarlarının çoxunu fəth etmiş "Teksun", "Final", "Super Sun", "Paşa", "Aysun" yağlarının 1996-cı ildən Bakıda istehsalı başlanılıb. Bakı Yağ Fabrikində yenidənqurma işlərinin aparılması və avadanlığın tam müasir tələblərə uyğunlaşdırılması buna zəmin yaratmışdır.

Burada “əl dəyməyən” texnologiya ilə yüksək keyfiyyətli yeyinti yağları istehsal edilir. Zavodda ABŞ-dan, İtaliyadan, Fransadan alınan texnoloji avadanlıqlardan istifadə olunur. Müasir deodorizə və venterizə sistemləri qurulmuşdur. Bu yeni sistem ətraf mühitə heç bir zərər vermədiyi kimi, ən yüksək keyfiyyətdə bitki yağlarının emal edilməsini də təmin etməkdədir. Zavod ən yüksək standartlara uyğun duru və bitki yağları müxtəlif dövlətlərin mükafat və diplomlarına layiq görülüb, bir çox sərgi və müsabiqələrin qalibi olmuşdur.

 

 

 

 

 

 

 

 

 

©2008. Bütün hüquqlar qorunub. Gülüm. Azerbaijan
Developed and Supported by SilverKey Azerbaijan